AZ

Azərbaycan və Ermənistan hakimiyyəti xalqların iştirakı olmadan sülhü necə müzakirə edir

Məqalə barədə məlumatMüəllif, Məhərrəm Zeynalov Vəzifə, BBC News Rusca

Dörd il əvvəl 7 minə yaxın insanın həlak olduğu İkinci Qarabağ müharibəsi başa çatdı. Daha sonra ermənilər Azərbaycanın "antiterror əməliyyatları" adlandırdığı döyüşlər nəticəsində Qarabağı tərk etdilər.

Qalib və məğlub yerlərini dəyişdilər - və sürətli templə sülh müqaviləsinin bağlanmasına hazırlaşmağa başladılar. Azərbaycan və Ermənistan sülh sazişi üçün mümkün “son tarix” kimi BMT-nin Bakıda keçiriləcək iqlim sammitini (COP29) göstərirdi. Lakin sammit bazar ertəsi, noyabrın 11-də başladı, sülh sazişi isə hələ ki imzalanmayıb.

İki ölkə arasında barışmaz ziddiyyətlər qalmaqdadır və bu barədə illərlə ümumi dil tapmağa çalışan ekspertlər və fəallar da xəbərdarlıq ediblər.

Amma prezident İlham Əliyevin administrasiyası və baş nazir Nikol Paşinyanın ofisi sülh danışıqlarının təfərrüatlarını gizli saxlayır və vətəndaş cəmiyyəti ilə məsləhətləşmirlər.

Azərbaycanda fəalları ermənilərlə yazışdıqları və görüşdüklərinə görə həbs edirlər. Ermənistanda sülhün sadiq tərəfdarları təcrid olunmuş və azlıqda qalırlar, onların əvəzinə isə hökumət ona sadiq ekspertlərə arxalanır.

Ruben Vardanyan Azərbaycan həbsxanasına necə düşdü? Milyarderin siyasət sərgüzəştləriErmənistanın Azərbaycana qaytaracağı 4 kənd: xəritə üzərində izah edirikRusiya ermənilərin Qarabağa qayıtmasını "müzakirə edir""Müharibə heç vaxt qurtarmayıb"Bəhruz

Şəklin mənbəyi, Delegation of the European Union to Azerbaijan

Seçilən
85
bbc.com

1Mənbələr