"Şeffild Yunayted"in futbolçularının müsahibəsi zaman boy fərqi maraqlı görüntülərlə yadda qalıb.
İdman.biz xəbər verir ki, komandanın üzvlərindən biri ayaqaltı dayaqdan istifadə etməyə məcbur olub.
İngiltərənin Çempionşip Liqasında keçirilən "Şeffild Yunayted" - "Şeffild Uenzdey" matçından sonra meydan sahiblərinin futbolçuları Qustavo Hamer (168 sm) və Harri Suttar (198 sm) müsahibə veriblər. İki oyunçunun boy fərqi 30 sm olduğu üçün çəkiliş zamanı Hamer dayaqdan istifadə etməli olub.
Qeyd edək ki, "Yunayted" qarşılaşmanı 1:0 hesabı ilə qalib bitirib.
İdman.biz