Bakı. Trend:
UEFA Avropa Liqasının əsas mərhələsində Türkiyənin “Beşiktaş” vəİsrailin “Makkabi” (Təl-Əviv) klubları arasında keçiriləcək V turoyununun yeri açıqlanıb.
Trend-inməlumatına görə, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.
Məlumata əsasən, qarşılaşma Macarıstanın Debretsen şəhərindətəşkil olunacaq. Matç noyabrın 28-də keçiriləcək.
Avropa futbol qurumu daha əvvəl təhlükəsizlik səbəbindən görüşünİstanbulda deyil, başqa ölkədə keçirilməsinə qərar vermişdi.