Bildiyiniz kimi, çoxlarının sevdiyi banan çox tez xarab olur. Çox sayda insan onu necə düzgün saxlamaq lazım olduğunu bilmir.
News24.az xəbər verir ki, bananın "ömrünü" bir neçə həftə uzatmağın sadə yolları var.
Əksər meyvələr etilen qazı adlı bir maddə istehsal edir ki, bu, onların yetişməsindən məsul olan təbii böyümə hormonudur.
Bir qaba çoxlu meyvə qoysanız, bu qazın çoxu yığılacaq. Bundan əlavə, bananın gövdələri çoxlu etilen buraxır ki, bu da onun yanında qoyulan meyvələrin vəziyyətinə pis təsir göstərir.
Qida mütəxəssisləri bananları alma, armud, avokado, manqo, şaftalı və gavalıların yanına qoymamağı məsləhət görür:
"Bananın istehsal etdiyi etilen alma və armud kimi bir çox digər meyvələrə təsir göstərə bilər, ona görə də, qəsdən daha tez yetişmələrini istəmədiyiniz halda bananları bu meyvələrdən ayrı saxlamalısınız."\\Lent.az