Erik ten Haqın qovulmasından sonra “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi vəzifəsini yerinə yetirən Ruud van Nistelroy İngiltərə nəhəngindən ayrılıb.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın mətbuat xidməti bu barədə məlumat yayıb.
Artıq komandanın yeni çalışdırıcısı Ruben Amorim düşərgəyə gəlib. Bundan sonra klub press-reliz vasitəsilə van Nistelroyun getdiyini açıqlayıb: “Ruud “Mançester Yunayted”in əfsanəsi olub və həmişə də belə olacaq. Biz onun töhfəsinə və klubda işlədiyi müddətdə öz roluna yanaşma tərzinə görə minnətdarıq. O, həmişə "Old Trafford"da əziz qonaq olacaq".
"Mançester Yunayted"in tezliklə Ruben Amorimin məşqçilər korpusunu açıqlayacağını vəd edib.
Qeyd edək ki, Niderland mütəxəssisin rəhbərliyi altında keçirilən dörd oyunda “Mançester Yunayted” üç dəfə qalib gəlib, bir dəfə heç-heçə edib.
Mirağa