“Krasnodar” Rusiya Premyer Liqasında 2024/25 mövsümünün ilk dövrəsinin qalibi olub.
Fanat.Az xəbər verir ki, "Sabah"ın sabiq çalışdırıcısı Murad Musayevin baş məşqçisi olduğu komanda 15-ci turda "Rubin"lə görüşdə (1:1) büdrəsə də, liderliyini qoruya bilib.
Yeri gəlmişkən, Musayev ötən gün doğum gününü qeyd edib.
Komanda 37 xalla turnir cədvəlində 1-ci yerdə qərarlaşıb. Bu, təkcə qazanılan xallar baxımından deyil, həm də vurulan (32) və buraxılan qolların (7), eləcə də top fərqinə (+25) görə də klub tarixinin ən yaxşı dövrəsdir. Statistikanı "Krasnodar"ın mətbuat xidməti yayıb.
Qeyd edək ki, Murad Musayev bu ilin ilin əvvəlində "Krasnodar"ın baş məşqçisi vəzifəsinə təyin olunub. O, 2018-2021-ci illər aralığında da Rusiya komandasına rəhbərlik edib. 41 yaşlı mütəxəssis 2021-ci ilin oktyabrından 2024-cü ilin fevralına kimi Azərbaycanın "Sabah" klubunu çalışdırıb.
Mirağa