''Qalatasaray''ın ''Samsunspor''u 3:2 hesabı ilə məğlub edərək qələbə seriyasını davam etdirdiyi qarşılaşmada diqqət çəkən diqqət çəkən isimlərdən biri də Mauro İkardi oldu.
Düzdü, ünlü forvard zədə üzündən bu oyunda iştirak etmədi. Məlum olduğu kimi ''Tottenhem''lə qarşılaşmada dizindən zədə alan 31 yaşlı futbolçu üçün artıq mövsüm başa çatıb. O bu yaxınlarda əməliyyat olunacaq. Amma camiə bu matçda İkardini unutmadı. Əvvəlcə Viktor Osimhen 3-cü dəqiqədə hesabı açdıqdan sonra bu qolu İkardiyə həsr etdi. O, qol sevinci zamanı İkardinin formasını qaldıraraq tribunalara nümayiş etdirdi. Bundan başqa vurulan hər qoldan sonra ''Rams Park''da ''Aşkın olayım'' mahnısı səsləndirildi. Adətən bu mahnı bu arenada yalnız İkardinin qollarından sonra səsləndirilirdi.
Final fitinin ardından isə İkardi meydana çıxaraq qələbəni komanda ilə birlikdə qeyd etdi. Eləcə də İkardi fanatlara ''üçlü'' adlandırılan sevinci çəkdirdi. İkardi bütün bu anları eləcə də tribunalarda onun üçün açılan pankartların şəklini ''instaqram''da paylaşaraq ''bütün sevginiz üçün təşəkkürlər'' sözünü yazdı. O həmin paylaşıma ''Aşkın olayım'' mahnısının sözlərini də əlavə etdi.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta