Mozambikdə hökumət seçkinin nəticələri elan ediləndən bəri tətbiq edilən internet qadağasını ləğv edib.Yerli mediada yer alan xəbərlərə görə, oktyabrın 9-da keçirilən ümumi seçkilər elan edildikdən sonra internetə girişi əngəlləyən Mozambik hökuməti, "ölkəni məhv olmaqdan qorumaq" səbəbiylə məhdudiyyətləri qaldırıb.Bildirilib ki, noyabrın 8-dən ölkədə mobil internet yenidən istifadəyə verilib və “virtual komendant saatı” kimi tanınan 19.00-08.00 arası internet kəsilməsi də aradan qaldırılıb.Sosial media şəbəkələrinə girişin hələ də məhdudlaşdırıldığı iddia edilirdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta