AZ

Rusiyanın “Mir” sistemi İranın “Şetab”ına inteqrasiya olunub

Rusiyanın “Mir” ödəniş sistemi İranın “Şetab” sisteminə qoşulub.

Musavat.com xəbər verir ki, məlumatı İranın “Tasnim” agentliyi yayıb.

İki sistemi rəsmi əlaqələndirmə mərasimi Tehranda baş tutub. Mərasimdə İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Rza Fərzin, eləcə də bir sıra İran banklarının menecerləri iştirak ediblər.

İnteqrasiyanın birinci mərhələsi İranın milli ödəniş sisteminin “Şetab” kart sahiblərinə Rusiya banklarının bankomatlarında onlardan istifadə etmək imkanı verəcək.

İkinci mərhələ rusiyalı turistlərə İranda Mir kartlarından istifadə etmək imkanı yaradılacaq.

Üçüncü mərhələ başa çatdıqdan sonra İran vətəndaşları Rusiyada “Şetab” kartları ilə alış və xidmət haqqını ödəyə biləcəklər.

Rusiya baş nazirinin müavini Aleksandr Novak 2022-ci ilin mayında Rusiya və İranın ödəniş sistemlərini birləşdirməyi planlaşdırdığını açıqlamışdı. Ölkələr həmçinin milli maliyyə mesajlaşma sistemlərini birləşdirməyi müzakirə edirlər.

 

Musavat.com

Seçilən
40
musavat.com

1Mənbələr