Ermənistan Prezidenti Vaaqn Xaçatryan xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib. Manset.az Axar.az-a istinadən xəbər verir ki, o, yayılan xəbərlərlə bağlı bunları deyib: "Bu şayiələri yayanlar yalnız mənim ailəmi və dostlarımı narahat etdilər. Xəstəxanaya kimin aparıldığını bilmirəm, amma bu, mən deyiləm". 20:15 Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhətində problem yaranıb. Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, Xaçaturyanın ürəyində problem yaranıb, o, xəstəxanaya yerləşdirilib. Vaaqn Xaçaturyanın səhhətinin bir neçə gün əvvəl pisləşdiyi bildirilir.