AZ

Bafetimbi Qomis peşəkar futbolçu karyerasını bitirdi

Futbol üzrə Fransa milli komandasının və Lion “Olimpik”inin sabiq hücumçusu Bafetimbi Qomis peşəkar futbolçu karyerasını bitirib.

Arena.az xəbər verir ki, 39 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Qomisin sonuncu iş yeri Yaponiyanın “Kavasaki Frontale” klubu olub. O, bu ilin sentyabrında sözügedən klubdan ayrılandan bəri işsiz idi.

Bafetimbi Qomis Fransanın “Sent Etyen” klubunun yetirməsidir. O, sonralar “Trua”, “Olimpik” (Lion), “Suonsi Siti”, “Olimpik” (Marsel), “Qalatasaray”, “Əl-Hilal” və “Kavasaki Frontale” kimi klublarda da oynayıb.

Qomisin formasını geyindiyi klublardakı ümumi statistikası belədir:

Olimpik (Lion) – 244 oyun, 95 qol, 22 assist
Sent Etyen – 165 oyun, 49 qol, 17 assist
Əl-Hilal – 146 oyun, 105 qol, 18 assist
Qalatasaray – 86 oyun, 51 qol, 9 assist
Suonsi Siti – 71 oyun, 17 qol, 2 assist
Olimpik (Marsel) – 34 oyun, 21 qol, 4 assist
Kavasaki Frontale – 24 oyun, 3 qol, 3 assist
Trua – 13 oyun, 6 qol

Qomis bu klubların əksəri ilə müxtəlif titullara sahib çıxıb. O, Lion “Olimpik”i ilə Fransa Kubokunu və Fransa Super Kubokunu qazanıb. Hücumçu “Əl-Hilal”ın heyətində 3 dəfə Səudiyyə Ərəbistanı çempionu olub, 2 dəfə Asiya Çempionlar Liqasını qazanıb, 1 dəfə də Səudiyyə Ərəbistanı Super Kubokunda baş mükafata sahib çıxıb. “Qalatasaray”la 2 dəfə Türkiyə çempionu olmuş Bafetimbi, “Kavasaki Frontale” ilə də 2 titula sahib çıxıb. O, bu klubun heyətində Yaponiya Kubokunu və Yaponiya Super Kubokunu qazanıb.

Bafetimbi Qomis 2017-ci ilin may ayında debüt etdiyi Fransa millisində 12 oyunda 3 qol vurub.

Seçilən
43
arena.az

1Mənbələr