AZ

Yaponiyanın baş naziri Si Cinpinlə görüşməyi planlaşdırır

Yaponiyanın baş naziri Şiqeru İşiba noyabrın 15-də Peruda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Çinin prezidenti Si Cinpinlə görüşməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumata görə, hazırda bununla bağlı müvafiq koordinasiya aparılır.

Bazar ertəsi İşiba APEC və G20 sammitlərində iştirak etmək üçün Peru və Braziliyaya səfər etmək niyyətində olduğunu açıqlayıb. O bildirib ki, səfər zamanı ABŞ prezidenti Co Bayden, Koreya Respublikasının prezidentləri Yoon Seok Yeol və digər dünya liderləri ilə görüşə bilər.

Seçilən
40
operativmm.az

1Mənbələr