AZ

Tramp senator Rubionu dövlət katibi təyin edə bilər

ABŞ-nin Respublikaçılar Partiyasından seçilmiş prezidenti Donald Trampın ətrafı onun administrasiyası dövründə senator Marko Rubionu dövlət katibi təyin edəcəyini gözləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

53 yaşlı Marko Rubio 2011-ci ildən Senatda işləyir. Ukrayna məsələsində Rubio danışıqların tərəfdarıdır, onun fikrincə, bu, münaqişəyə son qoyacaq.

Aprel ayında o, Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq hərbi yardımın əleyhinə səs verən 15 respublikaçı senator arasında idi, lakin paket sonda Konqresin hər iki palatası tərəfindən təsdiqləndi və ABŞ prezidenti Co Bayden tərəfindən imzalandı.

Seçilən
38
operativmm.az

1Mənbələr