AZ

Bu il mənfəət vergisi ödəyən və ödəməyən banklar - Siyahı

Bu ilin 9 ayında Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar mənfəət vergisi ödəyiblər, bir sıra banklar isə ödəməyiblər.

Valyuta.az ölkədə fəaliyyət göstərən bankların ödədiyi mənfəət vergisinin həcmi ilə bağlı araşdırma aparıb.

Belə ki, “Azərbaycan Beynəlxalq Bank” (ABB) 54 milyon 254 min manat mənfəət vergisi ödəyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36% və ya 30 milyon 626 min manat azdır. 2023-cü ilin 9 ayında ABB 84 milyon 880 min manat mənfəət vergisi ödəyib.

“Paşa Bank” bu ilin 9 ayında 38 milyon 543 min manat mənfəət vergisi ödəyib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyon 956 min manat və ya 9,3% azdır.
“Paşa Bank”ın 2023-cü ilin 9 ayında ödədiyi mənfəət vergisinin həcmi 42 milyon 499 min manat təşkil edib.

Bu ilin hesabat dövründə “Bank of Baku” 6 milyon 489 min manat mənfəət vergisi ödəyib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon 745 min manat və ya 29,7% azdır. 2023-cü ilin 9 ayında bankın ödədiyi mənfəət vergisinin həcmi 9 milyon 234 min manat təşkil edib.

Bu ilin 9 ayında “Kapital Bank” 54 milyon 91 min manat mənfəət vergisi ödəyib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3% və 740 min manat çoxdur.
2023-cü ilin 9 ayında bankın ödədiyi mənfəət vergisinin həcmi 53 milyon 351 min manat təşkil edib.

“Xalq Bank” bu ilin 9 ayında 11 milyon 358 min manat mənfəət vergisi ödəyib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 105,3% çoxdur. 2023-cü ilin 9 ayında bankın ödədiyi mənfəət vergisinin həcmi 5 milyon 530 min manat olub.

“Bank Respublika” 10 milyon 446 min manat mənfəət vergisi ödəyib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 852 min manat və ya 21,5% çoxdur.
2023-cü ilin hesabat dövründə bankın ödədiyi mənfəət vergisinin həcmi  8 milyon 594 min manat olub.

“Unibank” bu ilin hesabat dövründə 2 milyon 800 min manat mənfəət vergisi ödəyib, lakin ötən ilin hesabat dövründə mənfəət vergisi ödəməyib.

“Yapı Kredi Bank Azərbaycan” 2 milyon 429 min manat mənfəət vergisi ödəyib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18 % və ya 535 min manat azdır. 2023-cü ilin 9 ayında bank 2 milyon 964 min manat mənfəət vergisi ödəyib.
 
Bu ilin 9 ayında “Access Bank” 6 milyon 140 min manat mənfəət vergisi ödəyib. Bank ötən ilin 9 ayında mənfəət vergisi ödəməmişdi.

“Ziraat Bank Azərbaycan” bu ilin hesabat dövründə müştərilərə 2 milyon 100 min manat mənfəət vergisi ödəyib. Ötən ilin eyni dövründə bank mənfəət vergisi ödəməyib.

“Express Bank” bu ilin hesabat dövründə müştərilərə 2 milyon 348 min manat mənfəət vergisi ödəyib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 125 min manat və ya 5% azdır. 2023-cü ilin hesabat dövründə bankın ödədiyi mənfəət vergisinin həcmi 2 milyon 472 min manat təşkil edib.

“Azərbaycan Sənaye Bank”ı  bu ilin hesabat dövründə 1 milyon 206 min manat mənfəət vergisi ödəyib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35,5% çoxdur.

Bu ilin hesabat dövründə “AFB Bank”, “Avrasiya Bank”, “BTB Bank”, “Bank VTB Bank Azərbaycan”, “Bank Melli İran Baku”,  “Premium Bank”, “Yelo Bank” mənfəət vergisi ödəməyiblər.

Nara

Seçilən
16
valyuta.az

1Mənbələr