AZ

Yaponiya KXDR və Rusiya münasibətlərindən narahatdır

Rusiya və Şimali Koreyanın qarşılıqlı əlaqəsi Yaponiyanı narahat edir. Tokio hesab edir ki,  bu, Ukraynada vəziyyətin gərginləşməsiylə bərabər Uzaq Şərqdə   təhlükəsizliyə təsir edə bilər.

 KONKRET.az TASS- istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi Pxenyanın Moskva ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya etməsini şərh edərkən bildirib: “Rusiya və Şimali Koreya arasındakı hərbi əməkdaşlıq bölgənin təhlükəsizlik vəziyyətinə təsiri baxımından narahatlıq doğurur”. Hayaşi deyib ki, Tokio müvafiq məlumatları toplayıb təhlil etmək və “BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tam əməl etmək üçün beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edir.  Eyni zamanda, o qeyd edib ki, hökumət sazişin məzmununu şərh etmir.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
12
konkret.az

1Mənbələr