İspaniyanın "Jirona" klubunun formasını geyinmiş ukraynalı hücumçu Artyom Dovbikə La Liqanın 2023/2024 mövsümünün ən yaxşı bombardiri üçün təsis olunmuş mükafat verilib.
"Report"un məlumatına görə hazırda "Roma"da (İtaliya) çıxış edən futbolçu İspaniyanın məşhur "Marca" nəşri tərəfindən ən yaxşı forvard adına layiq görülüb.
Qeyd edək ki, 27 yaşlı hücumçu İspaniya çempionatında 24 qol vurub. Ötən mövsümün ən yaxşı məşqçisi üçün təsis olunmuş mükafat isə "Jirona"nı çalışdıran Miçelə verilib.