Çin Rusiya ilə strateji və təhlükəsizlik məsələlərində koordinasiyanı gücləndirməyə hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə bildirib.
Vanq İnin sözlərinə görə, bu məsələlər iki gücün təhlükəsizlik və inkişaf maraqlarına toxunur.
Xarici işlər naziri həmçinin əlavə edib ki, Pekin Moskva ilə strateji qarşılıqlı etimad səviyyəsini artırmağa hazırdır.
Mina Mikayılova