Bəzi ölkə liderləri Bakıya niyə gəlmədi? - Batyanın cavabı
Hazırda iqlim dəyişikliyi, xüsusən də qlobal istiləşmə ilə bağlı ölkələr tərəfindən görülən səylər yetərsizdir.BUTA.TV xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Bəzi Qərb ölkələrinin liderlərinin Bakıda keçirilən sammitdə iştirakdan niyə imtina etmələri ilə bağlı sualı isə Lukaşenko belə cavablandırıb: "Onlar düşünürlər ki, hər şey yaxşı olacaq və iqlim dəyişməyəcək. Başqa sözlə, onlar düşünür ki, onsuz da keçinərlər. Keçinə bilməzlər. Amma onların gəlməməsindən narahat olmağa dəyməz. Allah görür!”