"Qalatasaray"ın kapitanı Fernando Muslera "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyunu tənqid edib.
Fanat.Az xəbər verir ki, AS Musleranının dediklərini belə təqdim edib:
“Onun türk futbolunu aşağılamasından və bəzi hakimlərə hücum etməsindən narahatam. 14 il ərzində ilk dəfə olaraq özümü bu cür danışmağa məcbur hiss etdim.
14 ildə 17 kubok qazandım. Verdiyim töhfələri nəzərə alsaq, türk futbolunu inkişaf etdirmək mənim daimi məqsədimdir. Dörd ay əvvəl bura gələn Mourinyu Türkiyə futbolunu tənqid edib. Bəyənmirsə, gedə bilər”.
Qeyd edək ki, "Fənərbağça" bundan əvvəl Türkiyə çempionatının 11-ci turu çərçivəsində səfərdə "Trabzonspor"a qalib gəlib (3:2). Mourinyunun komandası hər iki qolu penaltidən buraxıb. Bundan sonra portuqaliyalı mütəxəssis hakimliyi tənqid edib və Türkiyə Futbol Federasiyası tərəfindən bir oyunluq diskvalifikasiya olunub, həmçinin 958 min lirə (25,5 min avro) məbləğində cərimələnib.
Mirağa