AZ

Dini inancına görə 22 yaşında karyerasını bitirdi

style='margin-bottom:10px;'>

İsveçrənin U-21 millisinin və "Blau Vayss" (Avstraliya) klubunun mərkəz müdafiəçisi Silvan Volner karyerasını başa vurub.

QOL.az xəbər verir ki, bu barədə "Blick" məlumat yayıb.

Futbolçunun belə bir addım atmasına səbəb onun dini inancı olub. 22 yaşlı futbolçu şənbə günləri işləməyi və futbol oynamağı qadağan edən protestantlığın qollarından birinin tərəfdarıdır. Avstriya çempionatının oyunları tez-tez bu günə düşdüyündən, oyunçu artıq dinə qarşı çıxa bilməyəcəyinə qərar verib. Buna görə də o, peşəkar futbola vidalaşıb.

Qeyd edək ki, Volner sentyabrın əvvəlindən "Blau Vayss"də oynayırdı. O, Linz klubunda 5 oyun keçirib.

Seçilən
13
teleqraf.com

1Mənbələr