AZ

"Beşiktaş" - "Makkabi" matçı Azərbaycanda yox, bu ölkədə keçiriləcək - RƏSMİ

Avropa Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq "Beşiktaş" - "Makkabi" (Təl-Əviv) qarşılaşması Amsterdamdakı insident səbəbindən İstanbulda keçirilməyəcək.

Fanat.Az Türkiyə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanda reallaşacağı deyilən görüş Macarıstanın Debretsen şəhərində baş tutacaq.

Oyunun azarkeşsiz keçiriləcəyi bildirilib.

Xatırladaq ki, öncəki mərhələdə Amsterdamda "Ayaks"la üz-üzə gələn (0:5) "Makkabi"nin fanatları oyundan sonra bir qrup maskalı şəxsin silahlı hücumuna məruz qalmışdılar. 5 nəfər yaralanmış, hadisəni törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılmışdı.

Nihat 

Seçilən
9
fanat.az

1Mənbələr