AZ

“Business Insider”: Trampın prezidentliyindən qaçmaq istəyənlər kruiz səfərinə çıxacaq

ABŞ-da Trampın prezidentliyindən qaçmaq istəyənlər üçün 4 illik dünya turu edəcək kruiz gəmi səfəri elan edilib. Bu barədə “Business Insider” xəbər verir. Kruiz gəmisi “Villa Vie Odyssey” adlanır.

Bir nəfərlik otaqlar üçün hər şey daxil biletlər 255,999 dollardan başlayır. İki nəfərlik otağın qiyməti 319 998 dollardan başlayır. Dörd illik səyahət zamanı sərnişinlər 140 ölkəni və bütün yeddi qitəni ziyarət edəcəklər.

2026-cı il Konqres seçkilərində qisas almağa ümid edən Demokratlar üçün iki illik paketlər də mövcuddur. Onların qiyməti bir sərnişin üçün 150,399 dollar və ya iki sərnişin üçün 187,998 dollardır.

“Villa Vie Odyssey”də spa və fitnes proqramları var. Biletlərə nahar və şam yeməyi zamanı təqdim edilən pulsuz pivə və şərablı yeməklər daxildir.

Ülviyyə, Hurriyyet.az

Seçilən
31
hurriyyet.az

1Mənbələr