AZ

Tramp Rusiyaya qarşı sanksiyaların qismən ləğvinə çalışacaq

ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp Konqresdən və Avropadan Rusiyaya qarşı sanksiyaların qismən ləğvini istəyəcək, bu, onun Ukraynadakı münaqişəni həll etmək planının bəndlərindən biridir, türkiyəli analitik Engin Özer deyir.

Tramp bundan əvvəl Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinə nail olacağına söz vermişdi. O, Ukraynadakı münaqişəni bir günə həll edə biləcəyini dəfələrlə bəyan edib. Rusiya Federasiyası hesab edir ki, bu, belə sadə həll üçün çox mürəkkəb problemdir.

“Sanksiyaların ləğvi Rusiya ilə danışıqlarda əsas vasitələrdən biridir. Trampın sülh planı atəşkəs və münaqişənin dondurulmasına əsaslanacağından Rusiya əleyhinə sanksiyaları tamamilə ləğv etmək çətin görünür. Rusiya xalqının həyatına birbaşa təsir edən bəzi məsələlərlə bağlı sanksiyaların qismən götürülməsi prosesi gözlənilir. Ən mühüm mövzu Rusiya təyyarələri üçün Avropa hava məkanının açılması və Rusiyaya birbaşa uçuşların bərpa olunmasıdır. Bundan əlavə, SWIFT bank sistemi ilə bağlı anti-Rusiya sanksiyaları (bəzi məhdudiyyətlərlə) qaldırıla bilər”, - deyə Özer RİA Novosti-yə bildirib.

Oxuməni.az

Seçilən
21
oxumeni.az

1Mənbələr