AZ

Yol polisi gücləndirilmiş iş rejimində çalışır

Artıq Bakıda keçirilən COP-29 noyabr 11- dən öz işinə başlayıb.

Yüzdən çox ölkədən səksən minə yaxın nümayəndə heyəti BMT- min keçirdiyi bu mötəbər tədbirdə iştirak edir. Başqa sözlə demiş olsaq Bakı bu dünyavi  tədbirə yüksək səviyyədə hazırlaşıb və iştirakçılar üçün unikal şərait yaradan. Tədbir iştirakçılarının  yollarda hərəkətini və təhlükəsizliyini yol polisi təmin edir. Belə ki, onların təhlükəsiz olimpiya stadionuna aparılmasını və hotellərdə qaytarılmasını Bakı Şəhər Dövlət Yol Polisi Ä°darəsinin əməkdaşları  həyata keçirir.

Bir sözlə, DÄ°N-nin bütün strukturları bu mötəbər tədbirdə gücləndirilmiş iş rejimində çalışır. O cümlədən yol polisi də həmin günlər öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirirlər. Bakı Şəhər Dövlət Yol Polisi Ä°darəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli deyir ki, bu mötəbər tədbir günlərində yol polisinin üzərinə yüksək məsuliyyət düşür.

Əlbəttə, əməkdaşlarımız bu tapşırıqların öhdəsindən bacarıqla gəlməyə çalışırlar. Heç şübhəsiz, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu yüksəldən bu möhtəşəm tədbirə yol polisi də öz borcunu verir. Yəni biz tədbir iştirakçılarının yollarda təhlükəsizliyini təmin edir, onları lazımı yerlərə təhlükəsiz çatdırırıq.Bir sözlə, yol polisi mötəbər tədbirdə  rəhbərlik tərəfindən nə tapşırılıbsa, bütün vəzifələri yüksək səviyyədə yerinə yetirəcək!

Emil Faiqoğlu          

Seçilən
13
adalet.az

1Mənbələr