AZ

Oskolda "qaynar qazan" - 7 mindən çox hərbçi mühasirəyə düşüb

Ukrayna Silahlı Qüvvələrinin (VSU) 7 mindən çox hərbçisi komandanlığın vaxtında əmr verməməsi səbəbindən iki həftədən artıqdır ki, Oskol su anbarında mühasirəyə düşüb.

Bu barədə Rusiya mediası məlumat yayıb. Hərbi ekspert Andrey Maroçkonun sözlərinə görə, Rusiya hərbçilərinin uğurlu hərəkətləri nəticəsində Ukrayna Silahlı Qüvvələri daha sərfəli döyüş xətləri və mövqelərini tərk edərək su anbarına çəkilməyə məcbur olublar.

Maroçko onu da qeyd edib ki, Ukrayna hərbçilərinin blokadaya alınmasına komandanlığın qüvvələrin və hərbi texnikanın su anbarının sol sahilinə köçürülməsi üzrə tədbirlərə başlaması barədə vaxtında əmr verilməməsi səbəb olub.

Bəzi saytlar yazır ki, əgər genişmiqyaslı hücum olsa, çarəsiz ukraynalılar hərbi dillə "qaynar qazan" adlanan kütləvi ölümlərlə üzləşəcəklər. 

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
29
news365.az

1Mənbələr