AZ

Zelenskiyə yenə mərmi əvəzinə vəd verildi

Avropa İttifaqı vəd etdiyi 1 milyon mərmi tədarükünü 2024-cü ilin sonuna qədər, yəni 10 aydan gec olmayaraq başa çatdıracağına söz verib. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Jozef Borrel Kiyevdə Vladimir Zelenski ilə görüşdə deyib.

“X”-dəki paylaşımında Borrel Zelenski tərəfindən qəbul edildiyini yazıb və ona Aİ-nin ilin sonuna qədər 1 milyon mərmi çatdırılması hədəfinə çatacağını elan edib.

Borrel üç gündür ki, Kiyevdə vida səfərindədir. O, dekabrın 1-də təqaüdə çıxacaq və onun yerinə estoniyalı Kaja Kallasgələcək.

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr