"Lion"un işi çətin olacaq".
Sportinfo.az xəbər verir ki, bunu "кeport"a açıqlamasında "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Fransa təmsilçisinə qarşı keçirəcəkləri Avropa Liqasının Liqa mərhələsinin V turunun oyunu ilə bağlı danışarkən deyib.
Funksioner Azərbaycan çempionunun pley-off şansları ilə bağlı da danışıb:
"Çox ümidliyəm. Klubuma inanıram. Son matçdan əvvəl demişdim ki, "Qarabağ" yaxşı formadadır.
Sonuncu qarşılaşmada da bunu sübut etdik. Önümüzdə fürsət var".
Avropa Liqasının Liqa mərhələsinin V turuna təsadüf edəcək "Qarabağ" - "Lion" qarşılaşması noyabrın 28-də təşkil olunacaq.
"Köhlən atlar" IV turda Norveçdə "Budyo Qlimt"i məğlub edib - 2:1.