AZ

“Qərbi Azərbaycanda azərbaycanlıların qəbirstanlıqlarının dağıdılması” layihəsinin icrasına başladı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyi tərəfindən icrasına başlanan “Qərbi Azərbaycanda azərbaycanlıların qəbirstanlıqlarının dağıdılması” layihəsi 1 avqust – 30 oktyabr 2024-cü il tarixlərini əhatə edərək 3 (üç) ay müddətində icra olunacaq. Layihə rəhbəri ictimai birliyin sədri Etibar Məmmədovdur.

Layihənin məqsədi beynəlxalq ictimaiyyətə indiki Ermənistan Respublikasının mövcud olduğu Qərbi Azərbaycan torpaqlarında tarixən azərbaycanlıların yaşadığı bölgələrdə soydaşlarımıza məxsus qəbirstanlıqların dağıdılmasını etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu, bu cinayətin gələcək nəsillərlə keçmiş nəsillər arasındakı mənəvi bağların məhvinə yönəldiyini göstərməkdir.

Məqsədə çatmaq üçün “Gələcəyə qarşı cinayət” videoçarxı hazırlanacaq və təqdimat mərasimləri keçiriləcək.

Bununla əlaqədar bir sıra vəzifələrimiz var. Əvvəlcə, “Gələcəyə qarşı cinayət” videoçarxını çəkmək üçün peşəkar heyət formalaşdırılacaq. Daha sonra müsahiblər təyin olunacaq və onlardan müsahibələr alınacaq. Bunun əsasında ssenari yazılacaq və çarx montaj ediləcək. Əsas vəzifələrimizdən biri də hər bir iş barəsində mətbuata mütəmadi şəkildə məlumat verməkdir. Hazır çarxla bağlı müsbət rəy alandan sonra isə təqdimat mərasimləri keçiriləcək.

Seçilən
6
adalet.az

1Mənbələr