AZ

Bağçalı jurnalisti danladı - VİDEO

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı növbəti dəfə diqqət mərkəzindədir. 

"Cebheinfo.az" xəbər verir ki, siyasətçi jurnalisti danlayıb. 

MHP lideri Türkiyə Böyük Millət Məclisindəki (TBMM) Qrup toplantısının ardından jurnalistlərin suallarını cavablandırıb. 

Bu zaman "Serbestiyet" saytının əməkdaşı Hilal Köylü Bağçalıya "Ərdoğanla aranızda fikir ayrılığı varmı?" sualını ünvanlayıb. 

Dövlət Bağçalı isə suala əsəbiləşərək jurnalistə sərt cavab verib: "Mətbuat nümayəndələri olan bacı-qardaşlarım, Türkiyəni təhrik edən və qütbləşməyi təşviq edən davranışlardan vaz keçin.

Əgər vaz keçə bilmirsinizsə, jurnalistikadan gedin". 

Seçilən
12
cebheinfo.az

1Mənbələr