Hindistanın Kosmik Müdafiə Agentliyi kosmosda artan təhlükələrə qarşı necə mübarizə aparacağını yoxlamaq üçün ilk təliminə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyindən məlumat verilib.
“İlk təlim kosmosda milli strateji məqsədlərin təhlükəsizliyinin təmin edilməsinə və Hindistanın kosmik imkanlarının ölkənin üç silahlı qüvvələrinin hərbi əməliyyatlarına inteqrasiyasına xidmət edəcək”, - məlumatda qeyd olunub.
“Antariksha Abhyas 2024” adlı təlimdə Müdafiə və Kosmik Agentliyi, Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Agentliyi, Strateji Nüvə Qüvvələri Komandanlığı, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı, Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı, Baş Qərargah, Hərbi Hava və və Dəniz Qüvvələri iştirak edir.