"Qalatasaray"ın sabiq ulduzu Bafetimbi Qomis peşəkar futbolçu karyerasını bitirdiyini elan edib.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı forvard öz sosial şəbəkə hesabında bu haqda məlumat paylaşıb.

O, sonuncu dəfə "Kavasaki Frontale" klubunda forma geyinib.

Bafetimbi Qomis karyerası ərzində "Trua", "Olimpik" (Lion), "Suonsi Siti", "Olimpik" (Marsel), "Qalatasaray", "Əl-Hilal" və "Kavasaki Frontale" kimi klublarının şərəfini qoruyub.