AZ

ABŞ-ın Dövlət katibi Mark Rubio ola bilər –“REUTERS”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Dövlət katibi vəzifəsinə senator Marko Rubionun namizədliyini irəli sürməyi planlaşdırır.

 

Məlumatı öz mənbələrinə istinadən “Reuters” agentliyi yayıb.

 

Nəşr yazır ki, təyinat təsdiqlənərsə, Rubio yanvarda fəaliyyətə başlayacaq yeni Tramp administrasiyasında bu vəzifəni tutan ilk latın-amerikalı və ölkənin baş diplomatı olacaq: “Çin, İran və Kubaya münasibətdə sərt mövqeyi ilə tanınan Rubio Trampın dövlət katibi vəzifəsinə siyahısında ən aqressiv namizəd idi”.

 

Son illərdə Marko Rubio öz baxışlarını ABŞ-ın keçmiş prezidentlərini Amerikanı uzunmüddətli, baha başa gələn müharibələrə sürükləməkdə tənqid edən Trampın daha təmkinli xarici siyasətinə uyğunlaşdırıb. Tramp qərarların tez-tez dəyişməsinə meyilli olsa da, mənbələr budəfəki seçimin demək olar ki, dəyişməyəcəyini iddia edirlər.

Seçilən
22
2
senzor.az

3Mənbələr