İranın Həmədan əyalətində 200-dən çox qadına cinsi təcavüz edən Əli Salamat edam edilib.
News24.az xəbər verir ki, “Rokna” xəbər saytının məlumatına görə, son illərdə Əli Salamat qurbanlarına evlilik, dostluq və narkotik təklif edərək, onları öz evinə aparıb. Daha sonra bu şəxsləri zorlayıb. İddialara görə, təcavüzə məruz qalan 3 qadın hadisədən sonra intihar edib.
May ayında Həmədan prokurorluğu bir çox zərər çəkənlərin geniş yayılmış hücum və zorakılığa dair sübutlar təqdim etməsindən sonra araşdırmaya başlayıb.
Əli Salamat yanvarda həbs edilərək, məhkəmə qarşısına çıxarılıb. İlk məhkəmə prosesində edam cəzası alan Salamatın vəkilləri qərara etiraz edib və İran Ali Məhkəməsinə müraciət ediblər. İranın Ali Məhkəməsi oktyabrda Salamatın edam hökmünü təsdiqləyib.
Həmədan məhkəməsi bildirib ki, Əli Salamat çərşənbə axşamı səhər saat 06:00-da Həmədandakı Bağ-e Beheştdə asılaraq edam edilib.