Hollandiya qeyri-qanuni miqrasiya ilə mübarizə üçün dekabr ayından əlavə sərhəd nəzarəti tətbiq edəcək.
Bakues.az "DHA"ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) məlumat yayıb.
Bildirilib ki, üzv dövlətlər daxili təhlükəsizliyə ciddi təhlükə yaranarsa, müvəqqəti olaraq öz ölkə sərhədlərində əlavə yoxlamalar həyata keçirə bilərlər.
Hollandiyanın İmmiqrasiya və Sığınacaq Naziri Marjolein Faber açıqlamasında qeyd edib ki, qeyri-qanuni miqrasiya və immiqrant qaçaqmalçılığı ilə mübarizə aparmağın vaxtı çatıb:
"Buna görə də dekabrın əvvəlindən Hollandiyada sərhəd nəzarəti yenidən tətbiq ediləcək".
Gülşən Şərif