Bakı. Trend:
Gürcüstan məlumatların ötürülməsinin yaşıl dəhliz layihəsinədaxil edilməsi ideyasını dəstəkləyir.
Trend xəbərverir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat vədavamlı inkişaf naziri Levan Davitaşvili COP29 çərçivəsindəAzərbaycan Respublikası, Gürcüstan, Rumıniya və MacarıstanHökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsisahəsindəki Strateji Tərəfdaşlıq Sazişə uyğun olaraq 9-cu Nazirlərgörüşündə, idarəetmə komitəsinin iclasında bildirib.
"Məlumatların ötürülməsi Gürcüstan üçün prioritet olaraq qalır.Biz rəqəmsal transformasiyaya fəal şəkildə sərmayə qoyuruq vəməlumatların bu layihəyə daxil edilməsini tam dəstəkləyirik. BizCənubi Qafqazı Mərkəzi Asiya və Avropa ilə birləşdirmək üçünmüxtəlif variantlara baxmalıyıq, çünki məlumat mübadiləsinə tələbatartır, imkanlar mövcuddur və sentyabr görüşümüzdə qeyd etdiyimkimi, mən Nazirlikdə mövcud olan məlumatları bölüşməkdən məmnunolaram. Bu, şübhəsiz ki, texniki-iqtisadi əsaslandırmanıntamamlanması və layihənin icra mərhələsinə keçid prosesinisürətləndirəcək", - o bildirib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.