Bəzən hündürdaban ayaqqabı geyinməyi tamamilə məhdudlaşdırmaq lazımdır.
E-saglam.az xəbər verir ki, bunu osteopat Dmitri Simkin "Lenta.ru"ya şərhində deyib. O, dabanlı ayaqqabıları bəzi qadınlar üçün təhlükəli adlandırıb.
Həkimin fikrincə, ayaq deformasiyasının tez-tez inkişaf etdiyi və ayağın baş barmağının dibində "sümük" görünən, eninə düz ayaqları olan qadınlar dabanlı ayaqqabılardan dan imtina etməlidirlər.
“Bu diaqnozu olan qadınlara dabanlı ayaqqabı geyinmək tövsiyə edilmir. Normal ayaq dəstəyi üçün mütləq ortopedik altlıqdan istifadə edin”, - deyə həkim izah edib.
Bundan əlavə, Simkin bildirib ki, duruşla bağlı probleminiz varsa, dabanlı ayaqqabılardan imtina etməyə çağırdı, çünki bu vəziyyətdə onurğada artan yük olacaq.
Həkim əlavə etdi ki, hündürdaban ayaqqabılar istənilən halda sağlamlıq problemlərinə səbəb ola bilər: " Onlar ayaqda yükün normal paylanmasına mane olur, daban və barmaq arasında çox böyük fərq yaradır. Ön ayaq xüsusilə təsirlənir, çünki təzyiqin ən ağır yükünü daşıyır. Nəticədə, eninə yastı ayaqların inkişafı və əzələlərin həddindən artıq yüklənməsi riskləri artır. Bunun xüsusilə varikoz damarlarına meylli qadınlarda ayaqlarda ağırlıq və şişlik yaranmasına gətirib çıxara bilər".
“Təsvir olunan nəticələr əsasən hündürdaban ayaqqabılara və stilettolara aiddir”, - deyə həkim bildirib.
Tərcümə: Könül Oruc
E-saglam.az