AZ

"Yaşıl" hidrogenin tranzit imkanlarını araşdırmağa dəyər - Levan Davitaşvili

Bakı. Trend:

“Yaşıl” hidrogenin tranzit imkanlarını araşdırmağa dəyər.

Trend xəbər verir ki, bunuGürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişafnaziri Levan Davitaşvili COP29 çərçivəsində AzərbaycanRespublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləriarasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsindəkiStrateji Tərəfdaşlıq Sazişə uyğun olaraq 9-cu Nazirlər görüşündəbildirib.

"Cənubi Qafqaz bərpa olunan resurslarla zəngindir və MərkəziAsiyanı da bu prosesə inteqrasiya edə bilsək, burada böyükpotensial görünür. Artıq "yaşıl" hidrogen sahəsində konkretlayihələrin irəlilədiyini bilirəm. Biz "yaşıl" hidrogen istehsaledə və mövcud marşrutlarla onu nəql edə bilərik.

Mövcud boru kəməri infrastrukturundan da istifadə edərək, buimkanları araşdırmaq olar. Mütəxəssislərin fikrincə, belə imkanlarnəzərdən keçirilə bilər və mövcud infrastrukturu istifadə edərək,"yaşıl" hidrogenin çatdırılmasını sürətləndirə bilər, bundan sonralayihəni genişləndirmək və əlavə infrastruktura investisiya qoymaqmümkün olacaq.

Beləliklə, bu mərhələdə "yaşıl" hidrogenin tranziti tamamiləreal və rəqabətədavamlı görünür", - o qeyd edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
37
2
az.trend.az

3Mənbələr