Moldova Rusiyaya nota verdi
Moldova Xarici İşlər Nazirliyi Kişinyovun respublikanın prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddialarından sonra Rusiya səfiri Oleq Ozerova etiraz notası təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra Moldovada düşən pilotsuz uçuş aparatlarının Rusiyaya aid olması ilə bağlı ittihamların sübuta yetirilmədiyini də bildirib.
Belə ki, Moldova Xarici İşlər Nazirliyinin rəhbəri Mixay Popşoy noyabrın 10-da respublika ərazisinə düşən pilotsuz təyyarələrin Rusiyaya məxsus olduğunu bildirib. Onun sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiə sistemlərini çaşdırmaq üçün aldadıcı dronlardan istifadə edilib.