AZ

Ermənistanda müxalifət lideri istintaqda dindirilib

Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan İstintaq Komitəsində dindirilib. Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, “zorakılığa ictimai çağırışlar” maddəsi ilə açılan cinayət işi üzrə şahid qismində komitəyə çağırılıb. Buna səbəb onun sentyabrın 12-də parlamentdə keçirdiyi brifinq zamanı çıxışında verdiyi açıqlamalar olub. Ermənistan İstintaq Komitəsinə bu haqda “Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi” QHT-sinin rəhbəri Artur Sakunts verib.  Gununsesi.info

Seçilən
62
2
gununsesi.info

3Mənbələr