Soyuq havalarda belə mənzili mütəmadi olaraq havalandırmaq lazımdır.
E-saglam.az xəbər verir ki, həkim Tatyana Taradeeva, "RİA Novosti" ilə söhbətində bunun yaxşı səbəbini qeyd edib.
Həkim izah etdi ki, təmiz hava orqanizmin bütün hüceyrələrinin enerjisi və həyati fəaliyyəti üçün lazımdır. Onun sözlərinə görə, qapalı, havalandırılmayan məkanda oksigenin səviyyəsi azalır, karbon qazının səviyyəsi isə əksinə artır. "Bu, sağlamlığın pisləşməsinə, baş ağrılarına və performansın azalmasına, beyin dövranının pozulmasına və qan təzyiqinin artmasına səbəb ola bilər", - deyə Taradeeva xəbərdar etdi.
"Bundan əlavə, havalandırılmayan bir otaqda bakteriyalar, mikroorqanizmlər və allergenlər daha aktiv şəkildə çoxalır. Bu amil virusun ötürülməsi, allergiya və tənəffüs xəstəlikləri riskini artırır".
Soyuq mövsümdə o, hər yarım-iki saatdan bir mənzili havalandırmağı, otaqdakı havanı tez təzələmək üçün hər otaqda pəncərələri növbə ilə beş-on dəqiqə açmağı tövsiyə etdi.
Havalandırma üçün Taradeeva kondisionerlərdən və nəmləndiricilərdən istifadə etməməyi tövsiyə etdi, çünki onlar otağı oksigenlə doyurmur. O, həmçinin qeyd edib ki, xüsusi hava təchizatı qurğusundan - küçədən hava verən və onu allergenlərdən, tozdan, işlənmiş qazlardan təmizləyən, pəncərələri açmamağa imkan verən nəfəs qurğusundan istifadə etmək mümkündür.
Tərcümə: Könül Oruc
E-saglam.az