AZ

"Portu"nun azarkeşləri baş məşqçini təhqir edib, avtomobilini zədələyib

Portuqaliyanın "Portu" klubunun azarkeşləri baş məşqçi Vitor Brununu təhqir edib, avtomobilini isə zədələyiblər.

"Far.Az" "Record.pt"yə istinadən xəbər verir ki, xoşagəlməz hadisə komandanın təlim-məşq bazasında baş verib.

Buna Portuqaliya çempionatının XI turunda "Portu"nun "Benfika"ya 1:4 hesablı məğlubiyyəti səbəb olub. 100-ə yaxın azarkeş bazada onun avtomobilini təpiklə zədələməklə yanaşı, çoxsaylı təhqirlərə məruz qoyublar.

Yalnız təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra mütəxəssisin idarə etdiyi avtomobilin daha ciddi zədə almadan ərazini tərk etməsinə şərait yaradılıb.

Qeyd edək ki, "Portu" hazırda turnir cədvəlində 27 xalla ikinci pillədə qərarlaşıb. 25 xala malik "Benfika" isə üçüncüdür.

Seçilən
14
far.az

1Mənbələr