Bakı. Trend:
Azərbaycanın "yaşıl" enerji dəhlizi üzrə Avropa İttifaqı iləbirgə müəssisənin yaradılması yekun mərhələdədir.
Trend xəbər verir ki, bunuRumıniyanın energetika naziri Sebastyan-İoan Burduja COP29çərçivəsində Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya vəMacarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı vəötürülməsi sahəsindəki Strateji Tərəfdaşlıq Sazişə uyğun olaraq9-cu Nazirlər görüşündə bildirib.
"Birgə müəssisənin yaradılması yekun mərhələdədir. Bildiyiməgörə, nizamnamə üzrə müzakirələr demək olar ki, tamamlanıb. Sontöhfələr əldə edildikdən sonra sənədləri ticarət reyestrinə təqdimedə biləcəyik. Rumıniyada Rəqabət Şurası ilə geniş məsləhətləşmələraparmışıq, çünki qanunvericiliyə əsasən, onlar Aİ-dən kənar xariciinvestisiyaları yoxlamalıdırlar. Hazırda irəliləmək üçün hüquqiicazəmiz var – bu mərhələni uğurla keçmişik. İndi, nizamnaməüzərində iş tamamlandıqdan sonra elektrik ötürmə operatorumuz hərtərəfin təqdim etməli olduğu sənədlərin siyahısını göndərəcək. Busənədlər, məsələn, biznesin qeydiyyatı, maliyyə təsdiqi və digərməlumatları əhatə edir", - o qeyd edib.