Mənim bura gəlməkdə məqsədim COP29-la bağlı sənədli film hazırlamaqdır. Eyni zamanda, dünyanın fərqli nöqtələrindən məhz iqlim məsələlərini müzakirə etmək üçün buraya gələn insanları görmək olduqca xoşdur. Biz burada planetimizi qorumaq yollarını ictimaiyyətə çatdırmaq üsulları barədə müzakirələr aparırıq.
“İki sahil” xəbər verir ki, bunu çinli rejissor Yii Li deyib.
Azərbaycanda gördüklərinin ona xoş təsir bağışladığını deyən qonaq COP29-un keçirildiyi məkanın da çox gözəl hazırlandığını diqqətə çatdırıb.