AZ

COP29-un Yaşıl zonasında növbəti mövzuda panel müzakirəsi olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



COP29-un Yaşıl zonasında biomüxtəliflik və iqlim fəaliyyətində yerli gənclərin liderliyindən danışıblar.
Oxu.Az xəbər verir ki, Bakıda 12 noyabr tarixində baş tutan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) ikinci günündə "Yerin qəyyumları: Biomüxtəliflik və iqlim fəaliyyətində yerli gənclərin liderliyi" mövzusunda panel keçirilib.
Paneldə öz icmalarında biomüxtəlifliyi qorumaq üçün qabaqcıl səylər göstərən Karib İqlim Ədalət Liderləri Akademiyasının (CCJLA) gənc yerli liderləri Vinsent Diringer, Uitni Melinard, Naycel Maduro və Priyanka Pandey mövzu ətrafında öz fikirlərini bildiriblər.
Təbii mühitin qoruyucuları kimi təbiətlə sıx əlaqədə olan gənc liderlər iqlim və biomüxtəliflikə bağlı fəaliyyətləri haqqında məlumat veriblər, bu istiqamətdə biliklərini nəzərə çatdırıblar. Panel iştirakçıları mədəni irs və biomüxtəlifliyin qorunmasının kəsişməsinə diqqət yetirərək icmalar tərəfindən həyata keçirilən mühafizə məsələləri üzrə təcrübələrini bölüşüblər. Onlar həmçinin biomüxtəlifliyin itirilməsi, yerdəyişmə və ekoloji deqradasiya kimi iqlim dəyişmələri ilə əlaqədar icmalarının üzləşdiyi çətinlikləri və bu problemlərin həllində yerli müdrikliyin rolunu vurğulayıblar.
Daha çox foto burada: PhotoStock.az
Könül Əliyeva
Seçilən
14
50
oxu.az

10Mənbələr