AZ

COP29 — çox mühüm zirvədir, biz bir-birimizlə danışıqlar aparmalıyıq — Aleksandr Vuçiç

Bakı. Trend:

COP29 — çox mühüm zirvədir. Biz bir-birimizlə danışıqlaraparmalıyıq.

Trend xəbər verir ki, bunuSerbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Bakıda keçirilənCOP29 konfransında çıxışı zamanı bildirib.

“Azərbaycan getdikcə daha çox əhəmiyyət kəsb edir. Mən birdəhlizdən danışmıram, dəmir yolu və qaz dəhlizlərindən danışıram.Orta Dəhliz də bizim üçün çox vacibdir. Serbiyada hər iki ölkəninmaraqlı tərəf olacağı böyük qaz elektrik stansiyasının tikintisiilə bağlı danışıqlar prosesinə başladıq", - deyə o bildirib.

Daha sonra Serbiya Prezidenti bildirib ki, son vaxtlardaAzərbaycanda gördüyü irəliləyiş onu təəccübləndirib.

"İki il əvvəl buradaydım, əgər səhv etmirəmsə. Bu, inanılmazdır.Bu ölkədə etdiklərinizə heyranam. Biz Azərbaycanda əməkdaşlığımızıdavam etdirmək və birgə işimiz üçün daha çox ortaq məqam tapmaqistəyirik və bunu edəcəyik", - deyə o əlavə edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
18
5
az.trend.az

6Mənbələr