AZ

“Əl –Cəzirə” COP29-un hədəflərindən söz açıb

“İqlimin maliyyələşdirilməsinə dair danışıqlar üçün COP29 Azərbaycanda öz işinə başlayır. İnkişaf etməkdə olan ölkələr üçün illik maliyyəni 100 milyard dollarlıq hədəfə çatdırmaq üçün 200-ə yaxın ölkədən nümayəndələr bu danışıqlara qoşulur”.

Bizim.Media xəbər verir ki, bu məlumatı “Əl-Cəzirə” telkanalı yayıb. Məlumatda deyilir ki, COP29 konfransı elə bir vaxtda keçirilir ki, dünya ölkələri qlobal istiləşmədən və iqlim fəlakətlərindən əziyyət çəkdikləri bir il yaşanır:

“Noyabrın 11-dən etibarən 200-ə yaxın ölkədən nümayəndələr qlobal iqlim dəyişikliyinə qarşı səyləri birləşdirmək və Donalt Trampın ABŞ-ın yoxsul ölkələrə iqlim dəyişikliyinə qarşı mübarizə üçün maliyyə yardımını dayandırmaq təşəbbüsünə etriaz etmək üçün Bakıda iki həftə ərzində müzakirələr aparacaqlar”.

“Əl-Cəzirə” həmçinin qeyd edir ki, tədbirin ilk günüdəki  açılış nitqində BMT-nin iqlim üzrə komissarı Saymon Stiell bildirib ki, dünya liderləri qlobal əməkdaşlığın aşağı səviyyədə olmadığını göstərməlidirlər:

“Burada, Bakıda biz yeni qlobal iqlim maliyyəsinin məqsədini razılaşdırmalıyıq. Əgər dünya ölkələrinin ən azı üçdə ikisi tullantıları tez bir zamanda azalda bilmirsə, o zaman hər bir xalq ağır bədəl ödəyəcək”.

Agentlik daha sonra Azərbaycanlı nazir, COP29-un prezidenti vəzifəsini icra edən Muxtar Babayevin fikirlərindən sitat dərc edib:

 “COP29 hər kəs üçün yeni bir yol cızmaq üçün qaçırılmaz fürsətdir. COP29  temperatur rekordlarının yeniləndiyi bir zamanda keçirilir. Konfransın əsas məqsədlərindən biri də daha kasıb ölkələrə iqlimlə bağlı ildə 100 milyard dollarlıq yardımın göstərilməsidir. Çünki iqlimin maliyyələşdirilməsi ilə bağlı mübahisəli məqamlar çoxdur”.

BMT-nin Davamlı Enerji üzrə Xüsusi Nümayəndəsi Damilola Oqunbiyi “Əl-Cəzirə”- ylə müsahibədə "COP29-da əsas gözləntilərindən birinin iqlim maliyyəsi ilə bağlı olduğunu" söyləyib:

“Biz təmiz bərpa olunan enerjiyə sərmayələrin rekord səviyyəyə çatdırmaq istəyirik.  Bununla belə, təəssüf doğuran haldır ki, iqlim maliyyəsinin  yalnız 15 faizi qlobal cənuba gedir”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
22
bizim.media

1Mənbələr