AZ

Agentlik: Bu ilin sonuna qədər 4 notarial hərəkət elektronlaşdırılacaq

Bu ilin sonuna qədər Azərbaycanda 4 notarial hərəkətin elektronlaşdırılması nəzərdə tutulur...

Poliqon xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Baş məhsul meneceri Fəridə Fərəcova bildirib.

"Bunlar, nəqliyyat vasitələrinin idarə edilməsinə dair etibarnamə verilməsi, nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamə verilməsi, etibarnamələrə xitam verilməsi və qurumlarda təmsilçilik məqsədi ilə etibarnamə verilməsidir. Gələn il isə 14 notarial hərəkətin elektronlaşdırılması planlaşdırılır. Bununla da gələn ilin sonuna qədər elektronlaşdırılan notarial xidmətlərin sayı 18-ə çatdırılacaq", - deyə o qeyd edib.

Poliqon.info 

Seçilən
10
6
poliqon.info

7Mənbələr