AZ

İsrail qırıcıları Beyrutu yenidən bombaladı

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutdakı “Hizbullah” təşkilatının obyektlərinə  5 hava zərbəsi endirib.

 KONKRET.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, əməliyyatdan  əvvəl İsrail Müdafiə Qüvvələri sosial şəbəkələrdə Beyrutun 12 məntəqəsinin adını çəkib və əhaliyə hücumla bağlı məlumat verilib.

İsrailin müdafiə naziri İsrael Katz Livanda atəşkəsin olmayacağını açıqlayıb. Nazir bildirib ki, İsrail Hizbullah hərəkatını məhv edənə qədər hücumlarını davam etdirəcək. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, son bir il ərzində İsrailin atəşi nəticəsində 3200-dən çox insan həlak olub, 14000-dən çox insan yaralanıb.

Natiq Səlim,

KONKRET.az

Seçilən
27
konkret.az

1Mənbələr