AZ

Məşhur futbolçu cinsi təcavüzdə ittiham olunur

Çili futbolunda qalmaqalı vəziyyət yaranıb.

Ölkənin əsas komandasının yarımmüdafiəçisi Arturo Vidal və onun “Kolo-Kolo”dakı oyundaşları cinsi təcavüzdə ittiham olunurlar.

Bu haqda ADN telekanalı məlumat yayıb. Hadisə Vitakuradakı barda baş verib. Yeri mənbələrin iddiasına görə, zərərçəkən narkotikin təsiri altında olub və daha sonra Vidal tərəfindən cinsi təcavüzə məruz qalıb. Bu hadisədə 37 yaşlı Arturodan başqa “Kolo-Kolo”nun bir neçə oyunçusunun da adı hallanır. Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Məşhur futbolçu şəxsiyyətinin yoxlanılması üçün polis bölməsinə aparılıb.

Xatırladaq ki, Vidal doğma klubuna bu il qayıdıb. “Kolo-Kolo”da ilk dəfə 2005-07-ci illərdə çıxış edən yarımmüdafiəçi karyerası ərzində Avropada “Bayer-04”, “Yuventus”, “Bavariya”, “Barselona”, “İnter”, Braziliyada isə “Flamenqo” və “Atletiko Paranaense”də çıxış edib.

Seçilən
20
football-plus.az

1Mənbələr