AZ

“Meyit çiçəyi”ni görmək üçün uzun növbə

Avstraliyada minlərlə insan 10 ildən bir çiçək açan “meyit çiçəyi”ni görmək üçün növbəyə düzülüb. 

"Cebheinfo.az" xəbər verir ki, Avstraliyanın ABC telekanalının məlumatına görə, yaydığı pis qoxuya görə "meyit çiçəyi" adlandırılan bitki dünən Geelong Nəbatat Bağında çiçək açıb. 

“Meyit çiçəyi”ni solmamış görmək istəyən minlərlə insan Nəbatat bağının qarşısına toplaşıb. Bundan əlavə, çiçəyin görüntülərinin paylaşıldığı canlı yayımı son 2 gündə on minlərlə insan izləyib.

“Meyit çiçəyi” adlandırılan və 10 ildə bir dəfə çiçək açan bitkinin ömrünün 24 və 48 saat arasında olduğu bilinir. Çiçəyin sabah solacağı gözlənilir. 

Seçilən
9
cebheinfo.az

1Mənbələr